21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
MEDİA rəhbəri: “Bu müsabiqələr köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”

MEDİA rəhbəri: “Bu müsabiqələr köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”

“Bundan öncə Azərbaycanda onlayn media subyektləri üçün müsabiqə keçirilməyib”.

GununNebzi.az-
ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, bu müsabiqələr keçmiş ənənənin davamı deyil: “Əvvəllər çap mediası üçün müsabiqələr keçirilib. Lakin indiki şərtlər əvvəlkindən tamamilə fərqlidir, yəni, bu müsabiqələr əvvəlki ənənənin davamı deyil. Biz həm qəzetin dizaynını, həm də qəzetin məzmununu dəyərləndirmişik. Köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib. Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”.

Tarix: 2-07-2021, 18:12 Oxunub: 125


Bölməyə aid digər xəbərlər