21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Toyda karantin qaydalarının pozulmasına görə cinayət işi açılıb

Toyda karantin qaydalarının pozulmasına görə cinayət işi açılıb

“Gəncədə fəaliyyət göstərən “Şah Sarayı” şadlıq sarayında karantin qaydalarının pozulması qeydə alınıb”.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, şadlıq sarayında inzibatçı (administrator) işləyən şəhər sakini Mübariz Mirzəyev barəsində cinayət işi başladılıb:

“Gəncə şəhər Baş Polis İdarəsinin digər tabe qurumları kimi Nizami Rayon Polis İdarəsinin əməkdaşları da karantin şərtlərinə riayət edilməsinə nəzarət məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirir”.

“Keçirilən sonuncu reyd zamanı şəhər ərazisində fəaliyyət göstərən “Şah Sarayı” şadlıq sarayında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən say normasından (150) artıq qonaq olması müəyyən edilib.

Dərhal polis əməkdaşları qanuna müvafiq tədbirlər görüb, inzibatçı barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb”, - deyə o qeyd edib.

Tarix: 15-07-2021, 11:00 Oxunub: 221


Bölməyə aid digər xəbərlər