16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
Telekanallar Xoşqədəmi efirə buraxmır: Daha iki TV ondan imtina etdi

Telekanallar Xoşqədəmi efirə buraxmır: Daha iki TV ondan imtina etdi

“Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı “Xəzər” TV ilə yollarını ayırandan sonra işsiz qalıb.

Belə ki, komandası ilə birlikdə “Xəzər”i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib.

Onun ARB-yə keçəcəyilə bağlı xəbərlər yayılsa da, sonradan həmin informasiya təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.

Məlumata görə, “Səni axtarıram”ın Space TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi Xoşqədəmən Hidayətqızıyla əməkdaşlıqdan imtina ediblər.

(Yenisabah.az)

Tarix: 30-08-2021, 13:16 Oxunub: 159


Bölməyə aid digər xəbərlər