10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
“Trend”in 26, “Modern”in 12 yaşı olur

“Trend”in 26, “Modern”in 12 yaşı olur

Sentyabrın 1-də Trend informasiya agentliyinin 26, Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının isə 12 ili tamam olur.

GununNebzi.az xəbər verir ki, 1995-ci ildə yaradılmış “Trend” Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Agentliyin bazası əsasında Trend Ekspert Şurası yaradılıb. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir.

Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan Trend Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində gündə təxminən 500 məqalə dərc edir.

Xəbər agentliyinin baş direktoru İlqar Hüseynovdur.

Modern.az portalı isə 2009-cu il sentyabrın 1-də yaradılıb.

Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

Tarix: 1-09-2021, 11:41 Oxunub: 268


Bölməyə aid digər xəbərlər