02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
"Son 1 ildə KQMBİ tərəfindən 71 şəxs cinayət başında yaxalanıb" - Baş prokuror

"Son 1 ildə KQMBİ tərəfindən 71 şəxs cinayət başında yaxalanıb" - Baş prokuror

Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 9109, o cümlədən 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 4367 müraciətinə baxılmaqla, prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən cinayət işlərinin başlanması təmin edilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev rəsmi mətbuata müsahibəsində bildirib.

Baş prokuror qeyd edib ki, bu müddət ərzində baş idarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən 34 əməliyyat tədbiri nəticəsində 71 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 115 cinayət işi başlanıb.

Qeyd edilən dövrdə baş idarə tərəfindən 404 şəxs barəsində 221 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib, 11 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib.

Məhkəmələrə göndərilmiş işlər üzrə vurulmuş maddi ziyan 153 milyon 887 min manat təşkil etməklə ibtidai istintaq dövründə 11 milyon 301 min manatın ödənilməsi, həmçinin 77 milyon 715 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 89 milyon 16 min manat (57,8%) məbləğində ziyanın bərpası təmin olunub.

Tarix: 1-10-2021, 09:26 Oxunub: 225


Bölməyə aid digər xəbərlər