21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Antisanitar şəraitdə işləyən çörək sexi bağlandı - FOTO

Antisanitar şəraitdə işləyən çörək sexi bağlandı - FOTO

Gəncə şəhəri, N.Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, burada normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Aşkar edilən nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Antisanitar şəraitdə işləyən çörək sexi bağlandı - FOTO
Antisanitar şəraitdə işləyən çörək sexi bağlandı - FOTO
Antisanitar şəraitdə işləyən çörək sexi bağlandı - FOTO
Antisanitar şəraitdə işləyən çörək sexi bağlandı - FOTO
Antisanitar şəraitdə işləyən çörək sexi bağlandı - FOTO

Tarix: 6-10-2021, 12:30 Oxunub: 155


Bölməyə aid digər xəbərlər
19-01-2021, 10:48 Çörək sexi bağlandı