23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
“Azərişıq”dan elektrik enerjisinin qiyməti barədə - Açıqlama
“Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin sürətli canlanmasına səbəb olub. Bunun nəticəsində elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib”.
GununNebzi.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.
O bildirib ki, tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalması nəzərdə tutulub:
“Bununla da büdcə vəsaiti sosialyönümlü tədbirlərə yönləndiriləcək. Digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq.
Bu sektorun inkişafı təbii qaz sərfiyyatının, qaz əsaslı enerji istehlakının azalmasına səbəb olar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər.
“Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurəti yaranıb.
Elektrik enerjisinin topdan satışının tarifinin artırılması nəticəsində “Azərişıq” üzrə yaranan əlavə xərclər bütün istehlakçılar üzrə paylanıb. Yəni əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət üzrə bölüşdürülüb. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat/saata qədər 7 qəpik, 300 kilovat/saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub saxlamış olur.
Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat/saatdırsa, orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 kilovat/saatına tətbiq ediləcək.
Yəni, 200 kilovat/saata qədər yenə də güzəşt tətbiq olunur, 7 qəpikdən 8 qəpiyə qalxır, 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpikdir, 300 kilovat/saatdan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat/saat üçün 13 qəpik müəyyənləşib.
Ayrıca qeyri-əhali abonentləri iki kateqoriyaya ayrılıb: ticarət, xidmət və digər. Ticarət və xidmət abonentlərinin tarifi 9 qəpikdən 11 qəpiyə, digər bütün qeyri-əhali abonentlərin tarifi isə bir qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə qalxıb”.
V.Nəbibəyli qeyd edib ki, elektrik enerjisi üzrə mövcud tariflər 2016-cı il dekabrın 1-dən tətbiq olunub:
“Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçınılmaz idi.
Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehlakı üçün istifadə olunan xammalın 50 faizdən çoxunu təbii qaz təşkil edir. Təbii qazın qiymətinin artmağı elektrik enerjisi üçün topdan satış qiymətinin də artırılmasına zərurət yaratdı. “Azərenerji” ASC-dən alınan topdan satış elektrik enerjisinin qiyməti 5,7 qəpikdən 6,6 qəpiyə artırılaraq belə bir müəyyənləşmə aparıldı”.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-10-2021, 19:53 Oxunub: 77
Bölməyə aid digər xəbərlər
16-10-2021, 15:45
Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi
14-08-2020, 16:36
Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan AÇIQLAMA
1-07-2021, 16:39
Azərbaycana elektrik enerjisinə rekord tələbat qeydə alınıb