20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
“Koronavirus uşaqlarda epidemiya halını almayıb”

“Koronavirus uşaqlarda epidemiya halını almayıb”

Koronavirus uşaqlar arasında epidemiya halını almayıb”.

GununNebzi.az
xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

O qeyd edib ki, 30-59 yaş arası olan şəxslər arasında daha çox yoluxma qeydə alınır: “Məktəblərin açılması ilə uşaqlar arasında müəyyən qədər artım ola bilər, amma bu say böyüklərin sayından çox deyil”.

T. Eyvazov valideynlərə də müraciət edib: “Yaxşı olar ki, valideynlər uşaqlarını axşam-səhər termometriya etsinlər”.

Onun sözlərinə görə, ola bilər ki, uşağın temperaturu olsun. Onda hər hansı virus infeksiyası varsa, bu məktəbə gedənə qədər aşkarlansın: “Məktəblərdə tədris pandemiya dövründə müəyyən qaydalar əsasında aparılır. Xəstə uşaq dərhal aşkarlanır və izolyasiya olunur. Lakin aşkarlanana qədər başqalarını yoluxdura bilər. Ona görə də bu işdə valideynlər daha diqqətli olmalıdırlar”.

Tarix: 20-10-2021, 16:19 Oxunub: 118


Bölməyə aid digər xəbərlər