21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Qanunsuz ov edən şəxslər 7 min manat məbləğində CƏRİMƏLƏNDİ

Qanunsuz ov edən şəxslər 7 min manat məbləğində CƏRİMƏLƏNDİ

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Ramil Mustafayev, Bakı şəhər sakini Kamal Mehtiyev olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 560 metr uzunluğunda sintetik tor yığışdırılıb.

“Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Masallı rayon sakinləri Şiralı Qəmbərov, Rasim İsmayılov, Tovuz rayon sakini Nofəl Qurbanov, İmişli şəhər sakini Cahət Hüseynov, Saatlı rayon sakinləri İlqar Qurbanov, Laçın Mürsəlov, Yevlax rayon sakini Eldar Əliyev saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 7000 manat məbləğində cərimə edilib”.

Tarix: 27-10-2021, 09:44 Oxunub: 146


Bölməyə aid digər xəbərlər