02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bir günə xarici pasport almaq istəsəz, 210 manat ödəməlisiz

Bir günə xarici pasport almaq istəsəz, 210 manat ödəməlisiz

Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır.

GununNebzi.az
xəbər verir ki, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

bir yaşınadək uşaqlar üçün -10 manatdan 15 manata

bir yaşından üç yaşınadək uşaqlar üçün – 20manatdan 25 manata

üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata

on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata

beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

bir yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manata

bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata

on səkkiz yaşına çatmış vətəndaşlara görə – 80 manatdan 120 manata

bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

bir yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata

üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata

on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılır.

Tarix: 1-11-2021, 13:02 Oxunub: 240


Bölməyə aid digər xəbərlər