21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Polisdən mediaya təzyiq edilməsi iddiaları ilə bağlı CAVAB

Polisdən mediaya təzyiq edilməsi iddiaları ilə bağlı CAVAB

“Qanunvericilikdə hansısa ünvanda çəkilişlərin, sorğuların aparılması ilə bağlı istisna var. Ancaq ictimai yerlərdə hansısa ünvanda dövlət tədbiri yoxdursa, bununla əlaqədar paytaxtda qonaqlar yoxdursa, DİN əməkdaşları sözügedən ərazidə çəkiliş aparan şəxsin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində tapşırıq almayıbsa, onun fəaliyyəti məhdudlaşdıra bilməz”.

GununNebzi.az
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev azxeber.com-a ictimai yerlərdə, küçə sorğuları zamanı jurnalistlərə polis tərəfindən qoyulan qadağaların mediaya təzyiq kimi qiymətləndirilməsi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, qanunvericilikdə də bununla bağlı hansısa məqam yoxdur, lakin istisnalar var:

“Problem ondadır ki, sorğu keçirən və ya çəkiliş aparan şəxsə həmin yerlərdə çəkiliş aparılmaması ilə bağlı vəziyyət polis tərəfindən izah olunmayıb. Jurnalistlərə, vətəndaşlara tövsiyə edirik ki, çəkilişlər zamanı onlara məhdudiyyət qoyulması ilə bağlı sual yaranarsa, DİN mətbuat xidmətinə müraciət etsinlər. Gün ərzində ictimai yerlərdə klip, film çəkilişləri, eləcə də müxtəlif mövzularda sosial sorğuların hazırlanması ilə bağlı müraciətlər daxil olur və onların hər birinə baxılır. Təkcə noyabrın 3-də Bakı şəhərində 47 yerdə çəkilişlər aparılır. Bununla bağlı təlimatlar verilib ki, hansı film studiyası harada çəkilişlər aparırsa, onlara köməklik göstərilsin. Lakin vətəndaşların təhlükəsizliyi ilə bağlı elə günlər və elə pik saatlar var ki, həmin zamanlarda çəkilişlər aparıla bilməz. Jurnalistlərin diqqətinə çatdırıram ki, bütün bu nüansları nəzərə alsınlar. Bizim işlərimizin çoxluğundan asılı olmayaraq, sistem elə qurulub ki, daxil olan müraciətlər, zənglər cavabsız qala bilməz”.

Tarix: 4-11-2021, 15:39 Oxunub: 165


Bölməyə aid digər xəbərlər