02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Məşhur restoranların sahibləri cəzalandırıldı - Siyahı

Məşhur restoranların sahibləri cəzalandırıldı - Siyahı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasına atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bir sıra şadlıq saraylarında nəzarət tədbirləri keçirilib.

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Nizami və Qaradağ rayonlarında fəaliyyət göstərən “Şam Bağı”, “Golden Ring”, “Sultan”, “Ağ Saray”, “Oskar”, “Sapfir”, “Xan Qızı”, “Grand Neon” və “Qaradağ” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

H.Əlizadənin sözlərinə görə, Səbail rayonunda fəaliyyət göstərən “Tiflis” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı məlum olub.

Xidmət rəisi bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb, monitorinqlər digər bölgələrdə də davam etdirilir.

Tarix: 12-11-2021, 23:28 Oxunub: 237


Bölməyə aid digər xəbərlər