21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Sabiq nazirin şirkəti məhkəməyə verildi

Sabiq nazirin şirkəti məhkəməyə verildi

Hazırda həbsdə olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus olan Formes.Group.Az MMC məhkəməyə verilib.

GununNebzi.az
bildirir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

Qeyd edək ki, Formes.Group.Az MMC 2016-cı ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Məsud Şəndir.

Şirkət bundan əvvəl Aqrotexservis MMC adı altında fəaliyyət göstərib. Sonradan şirkət Məsud Şənin idarəçiliyinə verilib. Adı da elə bu zaman dəyişdirilib.

Əlavə edək ki, bundan əvvəl şirkəti "Azəriqaz” məhkəməyə vermişdi. Həmin vaxt Aqrotexservis MMC adı ilə fəaliyyət göstərən şirkətin "Azəriqaz”a 200 manat borcu var idi. Yayılan məlumatlardan məlum olurdu ki, istixana kimi fəaliyyət göstərən şirkət yarandığı vaxtdan istifadə edilən təbii qazın pulunu ödəməyib.

Bildirilirdi ki, "Azərqaz” dəfələrlə istixanaya qazın verilişini dayandırsa da, həmin vaxt nazir olan Səlim Müslümov şəxsi nüfuzundan istifadə edərək qaz verilişini bərpa etdirib. (Qaynarinfo)

Tarix: 15-11-2021, 20:42 Oxunub: 246


Bölməyə aid digər xəbərlər