02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Pensiya düzəldəcəyini dedi, özünü nazirlik əməkdaşı kimi təqdim edib 90 min aldı

Pensiya düzəldəcəyini dedi, özünü nazirlik əməkdaşı kimi təqdim edib 90 min aldı

Zaqatalada dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək, onlara külli miqdarda ziyan vuran Şəki şəhər sakini, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş İradə Musayeva saxlanılıb.

DİN-dən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, İ.Musayeva Zaqatalada altı nəfərin etibarından sui-istifadə edərək ümumilikdə onların 90 min manat pulunu mənimsəyib.

Saxlanılan şəxs vətəndaşları əsasən işə düzəltmək, pensiya təyin etdirmək və sosial ev tikdirmək vədləri ilə aldadıb. Həmçinin, İ.Musayeva zərərçəkmişə özünü nazirliklərdən birinin əməkdaşı kimi təqdim edib və xarici ölkə universitetini bitirən tələbənin diplomunu təsdiq etdirəcəyi adı ilə aldadıb, onun 7500 manat pulunu ələ keçirib.

Təqsirləndirilən şəxs ifadəsində respublikanın digər şəhər və rayonlarında da analoji cinayət əməlləri törədərək külli miqdarda pul mənimsədiyini etiraf edib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Tarix: 27-11-2021, 15:30 Oxunub: 280


Bölməyə aid digər xəbərlər
4-02-2021, 12:48 Bakıda "polis" tutuldu