21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alındı - FOTO

İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alındı - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

GununNebzi
az xəbər verir ki, AQTA əməkdaşları Gəncə şəhəri, Z. Əliyeva küçəsində yerləşən “Təzə Bazar”da fəaliyyət göstərən, fiziki şəxslər Mehdiyev Ramin Hüseyn oğlu və Məmmədova Ziyatel Qəhrəman qızına məxsus ət və ət məhsullarının satışı sahəsinə baxış keçirib. Baxış zamanı baytarlıq sanitariya ekspertizasından keçməmiş ümumi çəkisi 208 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. Müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb və məhsullar müsadirə edilərək saxlanca qoyulub. Müayinələr nəticəsində ətin texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ümumi çəkisi 208 kq istehlak üçün yararsız heyvan əti yandırılaraq məhv edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub və qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alındı - FOTO

Tarix: 30-11-2021, 15:03 Oxunub: 88


Bölməyə aid digər xəbərlər