23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İntihar edən polis rəisinin yerinə - Təyinat

İntihar edən polis rəisinin yerinə - Təyinat

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub.

GununNebzi.az
“Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, vəzifəyə polis mayoru Natiq Teymurov təyinat alıb. O, bu təyinatadək həmin şöbədə baş təhqiqatçı işləyib.

Qeyd edək ki, 4-cü polis şöbəsinin sabiq rəisi Rahib Mirzəyev sentyabr ayında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. R.Mirzəyevin müavini rəisin intiharından öncə 26-cı Polis Bölməsinə rəis təyin olunub. Bu zaman N.Teymurov müavini əvəz edib. Rəisin intiharından sonra baş təhqiqatçı rəisin vəzifələrini icra edib.

Xatırladaq ki, R.Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Tarix: 5-12-2021, 13:28 Oxunub: 367


Bölməyə aid digər xəbərlər