23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
Azərbaycanda ilin ən mühüm təyinatları (SİYAHI)
Son illərdə Azərbaycan hökumətində kadr islahatları aparılır. Başa çatmaqda olan 2021-ci ildə də bu proses davam etdi.
Bu məqamda 2021-ci ildə reallaşan mühüm postlara təyinatları təqdim edirik:
General-polkovnik Kərim Vəliyev
Kərim Vəliyevin Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə gətirilməsi 2021-ci ilin ən mühüm təyinatı olduğunu desək, yəqin ki, yanılmarıq. O, bu postda hələ 2020-ci ilin sonlarından Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsindən azad edilən Nəcməddin Sadıkovu əvəzlədi.
Kərim Vəliyev müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi təyin olunmazdan öncə müdafiə nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Gənclər və idman naziri Fərid Qayıbov
İlin digər mühüm təyinatlarından biri Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasıdır. O, bu postda mərhum nazir Azad Rəhimovu əvəzlədi.
Fərid Qayıbov nazir təyin olunmamışdan öncə Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsində çalışırdı. Onun nazir təyin olunmasından sonra idman sahəsində müəyyən qədər canlanma hiss olunur.
Mədəniyyət naziri Anar Kərimov
Anar Kərimov 2021-ci ildə mədəniyyət naziri təyin olunsa da, onun sözügedən quruma gəlişi daha əvvələ təsadüf edir. Anar Kərimov Əbülfəs Qarayevin vəzifədən azad olunmasından sonra Mədəniyyət Nazirliyində birinci müavin kimi işə başlayıb və nazirin səlahiyyətlərini icra edib.
Anar Kərimov birinci müavin təyin olunmazdan əvvəl Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. O, 2021-ci ilin yanvarında mədəniyyət naziri təyin edilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Mədəniyyət naziri ilə həmyaşıd olan Rəşad Nəbiyev də nazir vəzifəsinə 2021-ci ilin yanvarında təyin olunub. 44 yaşlı məmur, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməzdən öncə, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri idi.
Əlavə edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabrında imzaladığı sərəncamla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.
Nazir əvəzi Teymur Musayev
Teymur Musayev Oqtay Şirəliyevin səhiyyə naziri vəzifəsindən azad edilməsindən sonra, səhiyyə nazirinin birinci müavini təyin edilib və quruma rəhbərlik ona həvalə olunub. O, bu təyinata qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.
SOCAR-da yeni vitse-prezidentlər
Zaur Qurbanovla Kənan Nəcəfovun Dövlət Neft Şirkətinə vitse-prezident təyin edilmələrini də mühüm təyinatlardan hesab etmək olar.
Kənan Nəcəfov yeni təyinata qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Zaur Qurbanov isə Azərbaycan İnvestisiya Holdinqin direktoru müavini olub.
Xatırladaq ki, bu il SOCAR-ın 4 vitse-prezidenti - Mikayıl İsmayılov, Bəhram Hüseynov, Tofiq Qəhrəmanov və David Məmmədov vəzifədən azad ediliblər.
Emin Məmmədov
Siyasi əhəmiyyəti olmamasına baxmayaraq, Emin Məmmədovun "Azərxalça”nın sədri vəzifəsinə gətirilməsi də yaddaqalan təyinatlardandır.
Nəzərə alaq ki, o, bu postda sabiq və mərhum sədr Vidadi Muradovu əvəzlədi. "Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri vəzifədə olduğu müddət ərzində ümumilikdə dövlət büdcəsindən 3 milyon 572 min 427 manat mənimsəməkdə ittiham olunurdu.
Emin Məmmədov Azərbaycanın xalq rəssamı Səlhab Məmmədovun oğlu, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun isə qardaşıdır. O, yeni vəzifəsinədək Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olub.
Emin Hüseynov
O, bu ilin mayında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Emin Hüseynov bundan əvvəl Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi olub.
Dövlət başçısı İlham Əliyev bir neçə gün öncə imzaladığı sərəncamla Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib. Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Mənbə: Qafqazinfo.az
Bölməyə aid digər xəbərlər

Tarix: 17-12-2021, 10:13 Oxunub: 185
Bölməyə aid digər xəbərlər
23-07-2021, 16:31
Kərim Vəliyev Baş Qərargah rəisi TƏYİN OLUNDU
23-07-2021, 17:06
Nəcməddin Sadıkovun xələfi kimdir? – DOSYE
7-09-2021, 13:59
Prezident onu gənclər və idman naziri təyin etdi
14-09-2021, 23:09
Ərdoğan Zakir Həsənovu qəbul etdi
13-09-2021, 13:50
Kərim Vəliyev Türkiyə Baş Qərargah rəisi ilə görüşdü