20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə verildi

Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə verildi

Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

GununNebzi.az
xəbər verir ki, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Qeyd edək ki, sözügedən təhsil müəssisələri 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi.

Tarix: 20-12-2021, 14:25 Oxunub: 199


Bölməyə aid digər xəbərlər