21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Əjdər Ol hakim qarşısına çıxarılır

Əjdər Ol hakim qarşısına çıxarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin cinayət işi üzrə istintaq yekunlaşıb.

GununNebzi.az
xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.


Qeyd edək ki, Əjdər Cəbiyev fevralın 8-də korrupsiya ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

O, vaxtilə Prezidenti Aparatında (1992-1994), Maliyyə Nazirliyində (1994-2002) işləyib. 2004-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunda, 2013-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub.

Ə.Cəbiyev həm də Əjdər Ol imzası ilə yazıçı kimi tanınır.

Qafqazinfo

Tarix: 23-12-2021, 09:24 Oxunub: 146


Bölməyə aid digər xəbərlər