23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Azərbaycan Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirildi

Azərbaycan Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirildiCari il mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunmuş Azərbaycan Respublikasının Baş prokurorunu qəbul edərkən prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi ilə bağlı bir sıra mühüm və fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş fundamental xarakterli tapşırıqlar müəyyən edib. Həmin tapşırıqların prokurorluq orqanlarının rəhbər şəxslərinə çatdırılması və onlardan irəli gələn qarşıda duran vəzifələrin icrası məqsədilə mayın 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejimi qaydalarına riayət edilməklə videokonfrans rejimində keçirilmiş müşavirəyə Prokurorluğun Mərkəzi aparatının, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyəti, rayon (şəhər) və ərazi hərbi prokurorları və digər şəxslər qatılıblar.
Əməliyyat müşavirəsində çıxış edən Baş prokuror göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bir daha dərin təşəkkürünü ifadə edib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi ilə həyata keçirilən mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmizin dayanıqlı inkişafı təmin edilib, cəmiyyətimizdə sabitlik, hüquq qaydası və qanunçuluq bərqərar olub, Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib.

Bildirilib ki, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar reallaşdırılır və dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlər həyata keçirilir. Bu islahatların əsas istiqamətlərindən birini təşkil edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi Azərbaycan Prokurorluğunu da əhatə etməli, islahatların geniş vüsət aldığı hazırkı şəraitdə prokurorluq orqanları da öz fəaliyyətini yenidən nəzərdən keçirməli və dövrün tələblərinə uyğun şəkildə təşkil etməlidir.

Qarşıda mühüm vəzifələrin dayandığı xüsusi qeyd edilərək prokurorluq orqanlarında bir sıra struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə görülən tədbirlərin kəsərliliyinin artırılması, prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüş yaradılması, iş yükünün əsassız olaraq artırılmasına, bürokratizmə və lüzumsuz sənəd dövriyyəsinə gətirib çıxaran təcrübə və müddəaların aradan qaldırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə etməklə cari fəaliyyətin səmərəliliyinə və operativliyinə nail olunması, müasir və mütərəqqi standartların tələblərinə əməl edilməklə şəffaflığın ən yüksək səviyyədə təmini diqqət mərkəzində saxlanılmaqla, həyata keçiriləcək islahatların son nəticədə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qalxmasına və qanunla icrası prokurorluğun üzərinə qoyulmuş vəzifələrin daha çevik yerinə yetirilməsinə xidmət edəcək əsas tələblər kimi müəyyənləşdirilib.

Tədbirdə çıxış edən müşavirə iştirakçıları prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib, faydalı müzakirələr və fikir mübadiləsi aparılıb.

Əməliyyat müşavirəsində qarşıda duran vəzifələrin icrası ilə bağlı müfəssəl Fəaliyyət Planı qəbul olunub və onun qısa müddətdə icraya yönəldilməsi aidiyyəti idarə rəhbərlərindən tələb edilib.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının kollektivi adından əminliklə bildirib ki, Azərbaycan Prokurorluğunun kollektivi öz fəaliyyətini göstərilən etimada layiq səviyyədə qurmaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.


Azərbaycan Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirildi
Azərbaycan Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirildi


Tarix: 12-05-2020, 17:45 Oxunub: 150


Bölməyə aid digər xəbərlər