15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Əli Əliyevin məhkəmədə səhhəti pisləşdi - Foto

Əli Əliyevin məhkəmədə səhhəti pisləşdi - Foto

Bu gün məhkəməsi keçirilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin proses zamanı səhhəti pisləşib.

GununNebzi.az
xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat paylaşıb. O bildirib ki, partiya sədrinin səhhəti pisləşdiyinə görə təcili yardım çağırılıb və həkimlər tərəfindən onun qan təzyiqi 210/130 müəyyən edilib. C. Cavadovun sözlərinə görə, Ə. Əliyevə sahə həkiminə müraciət etmək məsləhət görülüb.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət veriblər. İddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirək ki, hazırda proses Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilir.
Əli Əliyevin məhkəmədə səhhəti pisləşdi - Foto
Əli Əliyevin məhkəmədə səhhəti pisləşdi - Foto

“Qafqazinfo”

Tarix: 13-01-2022, 15:38 Oxunub: 169


Bölməyə aid digər xəbərlər