21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Qanunsuz olaraq hərbi forma geyinənlər 500 manat cərimələnəcək - Video

Qanunsuz olaraq hərbi forma geyinənlər 500 manat cərimələnəcək - Video

Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. Bəs hərbi geyimdən kimlər istifadə edə bilər?

GununNebzi.az-
ın məlumatına görə, məsələ barədə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri üzrə köməkçisi Şirin İsmayılov “Xəzər Xəbər”ə danışıb.


O bildirib ki, “Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

Şirin İsmayılov onu da vurğulayıb ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir. Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Tarix: 20-01-2022, 13:02 Oxunub: 260


Bölməyə aid digər xəbərlər