21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Baş Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi

Baş Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi

Baş Prokurorluq dövlət qurumlarının adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edib.

GununNebzi.az
xəbər verir ki, Mətbuat xidmətindən Qafqazinfo-ya daxil olan məlumatda deyilir:

“Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində feysbuk sosial şəbəkəsində Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından “fake” (saxta) hesabların açılması müəyyən edilib.

Bildiririk ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş feysbuk, instaqram, yutub, teleqram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyildir.

Odur ki, vətəndəşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.

Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilir.

Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri:

Feysbuk səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/)

İnstaqram səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/)

Teleqram kanalı – (link: https://t.me/prokurorluq)

Yutub kanalı – (link: https://www.youtube.com/user/prokurorluq)

Tviter səhifəsi – (link: https://twitter.com/prokurorluq)”.

Tarix: 26-01-2022, 18:07 Oxunub: 174


Bölməyə aid digər xəbərlər