21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu

Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu

Tunisin Tunis və Kasserine Sud inzibati ərazi vahidlərində dabaq, Nigerin Niamey inzibati ərazi vahidində, İngiltərənin Şimal-Şərq İngiltərə regionunda və Nepal Federativ Demokratik Respublikasının Şərq əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Tunisin Tunis və Kasserine Sud inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən, Nigerin Niamey inzibati ərazi vahidindən, İngiltərənin Şimal-Şərq İngiltərə regionundan və Nepal Federativ Demokratik Respublikasının Şərq əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Nepal Federativ Demokratik Respublikasından, İngiltərədən, Nigerdən və Tunisdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Tarix: 4-02-2022, 00:00 Oxunub: 135


Bölməyə aid digər xəbərlər