21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Avropa Məhkəməsi Cahangir Hacıyevin şikayətini təmin etdi

Avropa Məhkəməsi Cahangir Hacıyevin şikayətini təmin etdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin şikayəti ilə bağlı qərarını elan edib.

GununNebzi.az
Turan.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağaliyev bildirib.


AİHM Azərbaycanın daxili məhkəmələrinin Hacıyevin istintaq müddətində həbs edilməsi zərurətini əsaslandıra bilmədikləri qənaətinə gəlib.

AİHM Hacıyevin Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsində nəzərdə tutulan hüquqlarının (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulduğunu müəyyən edib.

Strasburq Məhkəməsi ona 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar verib.

Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib. O və daha 7 nəfər sui-istifadədə, böyük ziyan vurmaqla fırıldaqçılıqda, mənimsəmə və israfda, vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət verməkdə təqsirli biliniblər.

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, vergi ödənişindən yayınma və s. maddələrlə yeni iş üzrə ittihamlar irəli sürüldüyünü bildirib. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs cəzasına 1,5 il azadlıqdan məhrumetmə cəzası əlavə edib.

2020-ci ilin fevralında isə Bakı Apellyasiya Məhkəməsi qanunvericilikdə CM-in 179.3 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan cəzanın yüngülləşdirilməsi ilə əlaqədar Hacıyevin həbs müddətini 3 ay azaldıb.

Tarix: 10-02-2022, 22:13 Oxunub: 181


Bölməyə aid digər xəbərlər