16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
AZAL Zəngilan aeroportunda aeronaviqasiya avadanlıqlarını tətbiq edib

AZAL Zəngilan aeroportunda aeronaviqasiya avadanlıqlarını tətbiq edib

Azərbaycan Hava Yolları” QSC (AZAL) işğaldan azad edilmiş ərazilərdə aeronaviqasiya xidmətinin bərpası istiqamətində daha bir mərhələni keçməyə nail olub.

Bu barədə GununNebzi.az AZAL-a istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin nəzdindəki “Azəraeronaviqasiya” (AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib.

Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir.

AZANS-ın əldə etdiyi kodları və tezlikləri, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE sistemi və radiolokasiya kodlarının paylanmasını həyata keçirən MICA sistemi təsdiq edib. Onlar, həmçinin, qlobal elektron verilənlər bazasına daxil edilib.

Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə razılaşdırılır.

Tarix: 11-02-2022, 16:42 Oxunub: 141


Bölməyə aid digər xəbərlər