23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
“Müdafiə Nazirliyinə ayrılan pulun 10 faizi Nəcməddin Sadıkova çatıb”
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində həyata keçirdiyi əməliyyatın sonucu olaraq sabiq Baş Qərargah rəisi, bir neçə gün əvvəl Bakıda qəza törətməsi ilə gündəmə gələn Nəcməddin Sadıkov həbs oluna bilər.
GununNebzi.az xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında hərbi ekspert, mayor Telman Əbilov bildirib.
O deyib ki, Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi postunu tutduğu dönəmlərdə büdcədən müdafiə xərcləri üçün ayrılan vəsaitlərin 10 faizi ona çatıb:
“Təsəvvür edin ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddinə çatıb. 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb”.
Hərbi ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin maliyyə sektorunda yüksək vəzifəli şəxslərin külli miqdarda mənimsəmə ittihamı ilə həbsi əbəs deyil:
“Bilirsiniz ki, Müdafiə Nazirliyinin maliyyə işlərinə baxan dörd idarəsinin, bir şöbəsinin rəisləri 15 milyon manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunublar. Bu məbləğ istintaq zamanı 15-20, bəlkə də, daha çox arta bilər.
Tutulanlar nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımovdir.
Cəlal Kazımov ən son həbs ediləndir. Onların hər biri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib.
Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü - vəzifə saxtakarlığı, 341.2.1-ci - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.
Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Tutulanlar maliyyə işlərinə cavabdeh olan bir nömrəli şəxslərdir. Belə bir miqyaslı mənimsəmə bir günün, bir ayın, heç bir ilin içində baş verməyib.
Bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət əlaqəli iş aparılıb. Bu işlərin içində ali və yüksək rütbəli hərbçilər olub. Bu gün Nəcməddin Sadıkov Azərbaycanda sərbəst gəzib dolaşır, hətta şəhərdə zirehli maşınında gəzib qəza da törədir. Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, bu gün də kifayət qədər əsaslar var”.
Ekspertin fikrincə, N.Sadıkovun həbsi üçün siyasi iradə göstərilməlidir:
“Məsələn, general Rövşən Əkbərov 2001-ci ildə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində Elçin Əliyevi soyuq silahla qəsdən öldürmüşdü. Bu cinayətə görə onun həbsi üçün kifayət qədər əsaslar olsa da, həbsinə qətldən 20 il sonra qərar verildi. Nəcməddin Sadıkovun həbsi üçün əsaslar var.
Sadəcə müvafiq tapşırıq verilməlidir ki, onu tutsunlar. Bununla belə, inanıram ki, bu adam həbs ediləcək. Çünki 30 ilə yaxın Azərbaycanın Müdafiə Nazirliyindəki cinayətkar fəaliyyətinə görə cəzasız qala bilməz. Ən azı “Tərtər işi”ndə baş verənlərə görə onun həbsi vacibdir. “Tərtər işi” onun təşkilatçılığı, şəxsən rəhbərliyi ilə, rus kəşfiyyatının sifarişi əsasında aparılıb. Nəcməddin Sadıkov buna görə cəzaya çatdırılmalıdır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-02-2022, 17:33 Oxunub: 206
Bölməyə aid digər xəbərlər
28-01-2021, 13:48
Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil - Müdafiə Nazirliyi
3-02-2021, 16:29
Nəcməddin Sadıkovun vəzifəsini kim icra edir?
22-03-2021, 18:55
Nəcməddin Sadıkov Dubayda belə istirahət edir - VİDEO
11-12-2020, 10:17
Nəcməddin Sadıkov hara yoxa çıxıb? - Video
12-12-2020, 17:09
Nazir Nəcməddin Sadıqovun general bacısı oğlunu işdən çıxardı