03:26 / 29-12-2024
Zelenski Prezidentə zəng etdi
Azərbaycanda hərbçilər narkoloji müayinədən keçirilə bilər

Azərbaycanda hərbçilər narkoloji müayinədən keçirilə bilər

Martın 10-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Əhliman Əmiraslanov bildirib ki, beş qanun layihəsi birinci oxunuşda komitənin müzakirəsinə çıxarılıb.

Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva bildirib ki, bu 5 qanun layihəsində 2 istiqamət üzrə dəyişikliklər müəyyən edilib. Belə ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun layihəsində dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb.

Hər iki sənəddə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.

Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində prosessual normaların təkmilləşdirilməsini nəzərdə tutur. “Qafqazinfo"

Tarix: 10-03-2022, 18:42 Oxunub: 139


Bölməyə aid digər xəbərlər