22:56 / 15-11-2024
Polis əməkdaşı avtoqəzada həyatını itirdi
22:55 / 15-11-2024
İmişlidə ata və oğlu qəzada öldü
19:27 / 15-11-2024
Mənimsənilən pullar qaytarılmır - Cəmi 38 milyon...
17:57 / 15-11-2024
Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
17:56 / 15-11-2024
Üçüncü kurs tələbəsi vəfat etdi
17:53 / 15-11-2024
Tereza Mey Milli Məclisdə - Fotolar
17:52 / 15-11-2024
Fatih Terim Bakıda jurnalistlərlə görüşəcəkFatih Terim Bakıda jurnalistlərlə görüşəcək
17:50 / 15-11-2024
1Anasının il mərasiminə getmişdi, özünü güllələdi
15:19 / 15-11-2024
Arif Ağayevə yüksək vəzifə verildi - Foto
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:09 / 15-11-2024
Sülh müqaviləsi nə vaxt imzalana bilər? - Ceyhun Bayramovdan açıqlama
13:06 / 15-11-2024
Bakının bu hissəsində su olmayacaq
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
13:03 / 15-11-2024
Bəzi liderlərin COP29-da iştirak etməməsinə - Rəsmi münasibət
13:00 / 15-11-2024
Bakıda araqdan zəhərlənən kişi öldü
11:28 / 15-11-2024
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
11:26 / 15-11-2024
Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…
11:24 / 15-11-2024
İran Prezidentindən nüvə silahı ilə bağlı - Açıqlama
21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
Türkiyəli nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir - Fotolar
Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə dəvəti ilə Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
GununNebzi.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, “Türk şəhidliyi” abidəsi, Şəhidlər xiyabanı ziyarət olunub.
Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
E. Mirzəyev qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasındakı yüksələn xətlə inkişaf edən münasibətlərin əhəmiyyətindən danışıb, bütün sahələrdə olduğu kimi, fövqəladə halların idarə edilməsi, o cümlədən meşə yanğınları ilə mübarizə istiqamətində də yüksək səviyyəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. E.Mirzəyev 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə göstərdiyi güclü siyasi dəstəyin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini xatırladıb.
Nazir müavini, həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət sahələrindən ətraflı bəhs edib, ötən ilin iyul-avqust aylarında Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirliyin yanğın-xilasetmə qüvvələrinin qardaş ölkədə təbii fəlakətin qarşısının alınması istiqamətində fəaliyyətini xatırladaraq, bunu ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin daha bir göstəricisi adlandırıb.
Fatih Metin fövqəladə hallarla mübarizə, o cümlədən meşə yanğınlarının söndürülməsi istiqamətində iki qardaş ölkənin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin ötən ilin yayında Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürən-xilasedicilərinin fədakar fəaliyyətindən danışıb, göstərilən dəstəyə və yardıma görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkürlərini bildirib. Qonaq, eyni zamanda hər iki nazirlik arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyi diqqətə görə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişcinin adından Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və Dövlət Yanğından Mühafizə Xidməti Səbail Rayon Yanğından Mühafizə Hissəsinin fəaliyyəti ilə yerində tanış olublar.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-03-2022, 17:04 Oxunub: 84
Bölməyə aid digər xəbərlər
2-08-2021, 12:05
General-leytenant Etibar Mirzəyev Türkiyəyə getdi
29-06-2021, 13:42
Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti Azərbaycandadır
10-04-2021, 20:28
Türkdilli dövlətlərin rəsmiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi
11-01-2021, 18:58
Pakistanın aviasiya marşalı Bakıdadır