02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Prezident sosial şəbəkələrlə bağlı KRİTİK QƏRARI imzaladı - Deputatdan DƏSTƏK

Prezident sosial şəbəkələrlə bağlı KRİTİK QƏRARI imzaladı - Deputatdan DƏSTƏK

"ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi, əslində, sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna bir nizam gətirmək cəhdidir".

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.



Deputat bildirib ki, "sosial şəbəkə" adlandırdığımız internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır və hazırkı qlobal informasiya cəmiyyəti fonunda onların fəaliyyəti özəl olmaqdan çoxdan çıxıb: "Bu resurslar sosial-iqtisadi və ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi etibarı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən instutisional quruma çevrilib. Beləliklə də vaxtilə media haqqında deyilən 4-cü hakimiyyət ifadəsi sosial şəbəkələrə aid edilirdisə, artıq bəzi hallarda elə birinci hakimiyyət kimi ifadə edilir. Bu gün istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran birbaşa sosial şəbəkələrdir. Eyni zamanda, istənilən hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirərək, onu doqmatik ictimai fikrə təqdim edən də yenə sosial şəbəkələr və mediadır. Ancaq həqiqət isə ondan ibarətdir ki, sosial şəbəkələr və medianın formalaşdırdığı ictimai-siyasi obraz ya da siyasi portret bir çox hallarda heç də obyektivə uyğun olmur. Beləliklə, ictimai şüurda manipuliyasiya hadisəsi baş verir. Hələ bu da problemin hamısı deyil”.

H. Babaoğlu əlavə edib ki, sosial şəbəkələr mənəvi sferadan başlamış, mədəni – etik seferaya qədər hər yerdə dəyərləri terrorizə edir: “Əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir. Ona görə də sosial şəbəkələrdə yaranan ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır. ABŞ Prezidentini də bu cür qərar qəbul etməyə vadar edən səbəblər bunlardır. Dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin birinci rəsmi şəxsinin, yəni Prezidentinin söylədiyi fikirləri qeyri-dəqiq ola biləcəyi etiketi ilə yaymaq həmin Prezidenti əslində, etibarsızlaşdırmağa cəhd etməkdir. Ona görə də burada hüquqi məsuliyyət və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Göründüyü kimi, bu müzakirələr və təsbitlər Trampın qərarının, əslində, düzgün olduğunu göstərir. Məsələ ondan ibarətdir ki, sosial şəbəkələrin fəaliyyəti təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur. Eyni zamanda, dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oyanayır.

Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi–siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya ruporuna çevirməsi buna əyani sübutdur. Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırkı vəziyyətdə isə Trampın belə bir qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir. Ancaq şübhəsiz ki, sosial media və sosial şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır və hazırkı mərhələdə sosial və hüquqi məsuliyyətini artırmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır”.


Tarix: 30-05-2020, 18:45 Oxunub: 69


Bölməyə aid digər xəbərlər