02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
İntihar edən mayor növbədən çıxıb nişanlısıgilə gedib

İntihar edən mayor növbədən çıxıb nişanlısıgilə gedib

Bu gün Bakıda nişanlısını öldürüb daha sonra intihar edən müstəntiqin gecə növbədə olduğu məlum olub.

GununNebzi.az
qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin İsitntaq şöbəsinin müstəntiqi, mayor Tural Abbasov ötən gün axşamdan bu gün səhərə kimi idarədə növbətçi olub.

O, səhər saat 09 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən idarədə növbəsini təhvil verib və şəxsi avtomobili ilə Nərimanov rayonuna – nişanlısı Günay Cabbarovanın yaşadığı mənzilə gedib.

Burada G.Cabbarovanı qətlə yetirən Tural Aslanov daha sonra intihar edərək həyatına son qoyub.

İlkin məlumata görə, onların arasında gecə saatlarında mübahisə olub.

O da məlum olub ki, qətlə yetirilən G.Cabbarova 2 uşaq anası olub.

Qeyd edək ki, T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 22-04-2022, 18:08 Oxunub: 160


Bölməyə aid digər xəbərlər