13:27 / 16-01-2025
Starmer Kiyevdədir
18:43 / 15-01-2025
Qar yağacaq - XƏBƏRDARLIQ
17:36 / 15-01-2025
Prezident Fərman imzaladı
17:27 / 15-01-2025
Ermənistan Rusiyaya nota verdi
Metro çıxışında telekanal işçilərinə niyə hücum edildi? - AÇIQLAMA - VİDEO

Metro çıxışında telekanal işçilərinə niyə hücum edildi? - AÇIQLAMA - VİDEO

Bakıda çəkiliş aparan “ATV” kanalının əməkdaşlarına hücum edilib. Sözügedən video “20 Yanvar” metro stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayaraq müzakirələrə səbəb olub.

GununNebzi.az
xəbər verir ki, “Azad Azərbaycan” Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli açıqlama verib.

O bildirib ki, baş verən hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanlarına xəbər verilib: “Bizim əməkdaşlar “20 Yanvar” metro stansiyası yaxınlığındakı ərazidə olan satıcıların satışdan sonra yaratdığı anti-sanitar vəziyyətlə bağlı çəkiliş aparıblar. Həmin vaxt bəzi satıcılarla bizim əməkdaşlar arasında insident yaşanıb. Biz o məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına xəbər vermişik. Onlar məsələ ilə bağlı araşdırmalara başlayıblar”.(Baku.ws)

Tarix: 25-04-2022, 22:39 Oxunub: 136


Bölməyə aid digər xəbərlər