15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Nazirlər Kabinetinin bizə cavab verməyə vaxtı yoxdur” - Köçərli də narazıdır

“Nazirlər Kabinetinin bizə cavab verməyə vaxtı yoxdur” - Köçərli də narazıdır

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli kitab idxalı zamanı rastlaşdığı problemlərdən gileylənib.

GununNebzi.az
xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.


“Qanun ancaq kağızda var. Məlum olduğu kimi, 2022-ci ilin yanvarından Azərbaycanda kitab satışı və idxalına olan ƏDV-ni ləğv ediblər. Təəssüflər olsun ki, Qanun icra olunmur”, - Köçərli sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Vergilər Nazirliyi, Nazirlər Kabineti və Gömrük Komitəsinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, onları ƏDV ödəməyə məcbur edirlər: “Nazirlər Kabineti və Gömrük Komitəsi bizim müraciətlərimizə ümumiyyətlə cavab vermir. Vergilər Nazirliyi standart cavab verir ki, Nazirlər Kabinetinin təsdiq etməli olduğu hansısa siyahını gözləyirlər. Məsələ bundadır ki, Qanunda “icra orqanı tərəfindən təsdiqlənmiş kitab siyahısı” haqda kiçik bir qeyd var”.

Köçərli həmin kitab siyahısı ilə bağlı da anlaşılmazlığın olduğunu bildirib: “Bu “kitab siyahısı” ayrı bir lətifədir. Məsələn, Çexova ƏDV hesablanacaq, Folknerə yox? Hər gün dünyada yüz minlərlə yeni kitab çap olunur. Nazirlər Kabineti onları necə “təsdiq edəcək” ki, əgər bizim məktublara cavab verməyə vaxtı yoxdur”.

Daha əvvəl “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu sözügedən məsələ ilə bağlı narazılığını bildirmişdi.

Tarix: 27-04-2022, 11:09 Oxunub: 53


Bölməyə aid digər xəbərlər