02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək? - AÇIQLAMA

Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək? - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərə getmək istəyən, yaşı 18-dən aşağı olan vətəndaşlara bilet satılmır.

Bu qadağa nə vaxt aradan götürüləcək?


GununNebzi.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə açıqlamada məsələnin gündəmdə olmadığı bildirilib.

"İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə yaşı 18-dən yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. Yaşı 18-dən aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir. Əsas səbəb uşaqların təhükəsizliyidir. Növbəti mərhələlərdə bu məsələyə baxılacaq", - açıqlamada deyilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.

Tarix: 13-05-2022, 17:04 Oxunub: 284


Bölməyə aid digər xəbərlər