15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
İnam Kərimov: “İndiyədək təşkil edilmiş ən böyük sərgidir”

İnam Kərimov: “İndiyədək təşkil edilmiş ən böyük sərgidir”

“Bu gün Bakıda Ekspo Mərkəzdə keçirilən “Caspian Agro” - 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və “InterFood Azerbaijan” - 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə yerli və xarici şirkətlərin böyük marağı var”.

GununNebzi.az-
ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sərginin açılışında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 25-ə yaxın ölkədən 459-a yaxın şirkət sərgidə iştirak edir:

“Bu, indiyədək təşkil edilmiş ən böyük sərgidir. 450 iştirakçının 350-si xarici şirkətdir. Bunun səbəbi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir və bu sahəyə dövlət dəstəyinin olmasıdır. Əsas məqsədimiz sərgidə təqdim edilən yenilikləri fermerlərlə tanış etməkdir”.

Nazir qeyd edib ki, bu gün sərginin açılışında Baş nazir Əli Əsədov da iştirak edib:

“Eyni zamanda, İsrailin və Türkiyənin kənd təsərrüfatı nazirləri və nümayəndələri iştirak etdilər. Sərgi çərçivəsində ikitərəfli əməkdaşlığın məsələləri müzakirə ediləcək”.



(oxu.az)

Tarix: 18-05-2022, 11:54 Oxunub: 6 689


Bölməyə aid digər xəbərlər