21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Yaponiyadan Putini qəzəbləndirəcək daha bir addım

Yaponiyadan Putini qəzəbləndirəcək daha bir addım

Yaponiyanın baş naziri Kişida Fumio keçirdiyi mətbuat konfransında ölkəsinin maliyyə çətinlikləri yaşayan Ukraynaya dəstəyini artıracağını açıqlayıb.

GununNebzi.az-
ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın hücumlarından sonra Ukraynanın maliyyə vəziyyətinin pisləşdiyini qeyd edən Kişida Ukraynadan “qısamüddətli fondlara dəstək çağırışları” aldıqlarını qeyd edib.

O, G-7 ölkəsi olaraq bu cür ehtiyacları ödəməli olduqlarını deyib.

Kişida ölkəsinin Ukraynaya əlavə 300 milyon dollar maliyyə yardımı edəcəyini bildirib.

Beləliklə, Yaponiyanın Ukraynaya maliyyə yardımının həcmi keçən ay açıqlanan 300 milyon dollarlıq yardımla ümumilikdə 600 milyon dollara çatacaq.

Tarix: 19-05-2022, 15:41 Oxunub: 32


Bölməyə aid digər xəbərlər