Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi tibbi maskalardan təhlükəsiz istifadə ilə bağlı qaydaları hazırlayıb.
gununnebzi.az həmin qaydaları təqdim edir:
Maskaya toxunmazdan əvvəl əllərinizi yuyun;
Maskada zədə olub-olmadığını yoxlayın;
Maskanın metal hissəciyi olan və ya sərt kənarını tapın;
Rəngli tərəfin çöl hissədə olduğundan əmin olun;
Maskanın metal hissəciyini və ya sərt kənarını burnunuzun üzərinə yerləşdirin;
Ağzınızı, burnunuzu və çənənizi örtün;
Üzünüzlə maska arasında boşluq qalmaması üçün maskanı üzünüzə uyğun nizamlayın;
Maskaya toxunmayın;
Maskanı qulağın və ya başın arxa hissəsindən çıxarın;
Maskanı çıxararkən onu özünüzdən və səthlərdən aralı tutun;
Maskanı çıxardıqdan sonra onu dərhal qapalı zibil qabına atın;
Maskanı atdıqdan sonra əllərinizi yuyun.
Tibbi maskalarla bağlı bunları etmək olmaz:
Sökülmüş və ya nəm maskadan istifadə etməyin;
Maskanı yalnız ağzınızın və burnunuzun üzərinə taxmayın;
Boşalmış maskadan istifadə etməyin;
Maskanın ön hissəsinə toxunmayın;
Danışmaq və ya maskaya toxunmanızı tələb edəcək digər fəaliyyətlər üçün maskanı çıxarmayın;
İstifadə etdiyiniz maskanı başqaları üçün əlçatan yerə qoymayın;
Maskanı yenidən istifadə etməyin.
Bölməyə aid digər xəbərlər