23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Hərbi Prokurorluqdan əsgərin ölümü ilə bağlı - Açıqlama

Hərbi Prokurorluqdan əsgərin ölümü ilə bağlı - Açıqlama

Hərbi Prokurorluq Laçın rayonunda əsgərin qeyri-döyüş şəraitində ölməsi ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, , Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlunun mayın 27-də Laçın rayonu ərazisində qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində bədən xəsarətləri alaraq ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra olunub.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğundaı Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Tarix: 28-05-2022, 16:03 Oxunub: 136


Bölməyə aid digər xəbərlər
6-04-2021, 12:26 Hərbçimiz İNTİHAR ETDİ