21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda arvadını izləmək üçün evə gizli kamera quraşdıran şəxslə bağlı qərar verildi

Bakıda arvadını izləmək üçün evə gizli kamera quraşdıran şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymada təqsirləndirilən Qadir Səmədzadənin (ad, soy adı şərti) barəsində olan bəraət hökmündən verilən kassasiya protestinə baxılıb.

GununNebzi.az-
ın Pravda.az-a istinadən məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilib.

İttiham aktına görə, 2015-ci ildə ailə quran Qadir Səmədzadə və Sona Səfərova (ad, soy adı şərti) rəsmi nikahda olmalarına baxmayaraq 2019-cu ildən bəri ayrı yaşayıblar. O, Sona ilə birgə nikahlarından dünyaya gələn qızının himayəsini keçmiş həyat yoldaşından almaq məqsədilə onun evinə gizli kamera yerləşdirərək yaxın münasibətdə olduğu insanla intim görüntülərini əldə edib. Bu videogörüntüləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və Nərimanov Rayonu İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına təqdim edib.

Buna görə prokurorluq Qadir Səmədzadə barəsində Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham irəli sürüb.

Xətai Rayon Məhkəməsi ona bəraət verib. Prokurorluq isə qərarla razılaşmayaraq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi də bəraət hökmünü qüvvədə saxlayıb. Daha sonra prokurorluq kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Tarix: 7-06-2022, 08:29 Oxunub: 65


Bölməyə aid digər xəbərlər