21:14 / 25-12-2024
Qara qutu tapıldı!
01:14 / 24-12-2024
Prezidentin doğum günüdür
İnternetdən avtomobil satmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

İnternetdən avtomobil satmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Avtomobilini satışa çıxaran Xəqani Hüseynovu tanımadığı şəxs aldadıb.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Xəzər TV məlumat hazırlayıb.

O, avtomobilini satmaq məqsədi ilə elan saytlarından birinə yerləşdirib. Bir müddət sonra avtomobili bəyənən şəxslərdən biri onu almaq məqsədilə Xəqani Hüseynovla görüşüb. Xəqani Hüseynov maşını satıb, amma pulunu almayıb. Təfərrüatları sujetdə izləyək.

Avtomobilini satdı, lakin pulunu ala bilmədi.

Paytaxt sakini Xəqani Hüseynovu tanımadığı şəxs aldadıb və 9000 dollarını dələduzluq yolu ilə ələ keçirib. O, avtomobilini satmaq məqsədilə maşının fotolarını elan saytlarından birinə yerləşdirib. Bir müddət sonra avtomobili bəyənən şəxslərdən biri onunla əlaqə saxlayaraq avtomobilə baxmağa gəlib. Onlar razılaşdıqdan sonra sənədləşmə üçün notariat xidmətinə gediblər. Elə aldadılma faktı da bundan sonra olub.

Məsələnin digər maraqlı tərəfi isə ondadır ki, Xəqani Hüseynov hadisədən bir neçə gün sonra satdığı avtomobili yenidən elan saytında görüb. Özü də dəyərindən aşağı qiymətə.

Qarşılaşdığı hal ilə bağlı polisə müraciət edən Xəqani Hüseynova Binəqədi rayon polis idarəsindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılır. Məsələdə ittiham olunan şəxs isə daxili işlər nazirliyinin əməkdaşları tərəfindən axtarışdadır.

Tarix: 11-06-2022, 01:15 Oxunub: 37


Bölməyə aid digər xəbərlər