02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Sabah bu yollarda məhdudiyyətlər olacaq - DYP-dən müraciət

Sabah bu yollarda məhdudiyyətlər olacaq - DYP-dən müraciət

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi sabah paytaxtda Silahlı Qüvvələr Günü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sabah Bakının bir sıra yollarında hərbi orkestlərin çıxışları nəzərdə tutulduğu üçün sürücülərdən həmin marşrutlar üzrə hərəkətlərini məhdudlaşdırmaları xahiş olunur:

“26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq. Hərbi orkestrlərin saat 10:00-dan 12:00-dək marşrutlar üzrə yürüş istiqamətləri belədir:

- Heydər Əliyev sarayı - Bülbül prospekti -Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi,

- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı – AzNeft dairəsi - Bəhram Gur heykəli,

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı,

- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti,

- Nərimanov heykəli - Mərkəzi park – Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank”.

DYP rəsmisi qeyd edib ki, sabah 19:00-dan 21:00-dək Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), Azneft dairəsindəki bayraq meydanı, Muzey Mərkəzi (bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında orkestrlərin nümunəvi çıxışları olacaq:

“Sürücülərdən tədbirlərin keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, həmin yollarda yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur. Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və bu işdə polis əməkdaşlarına öz lazımi dəstəyini nümayiş etdirəcəklər”.

(qafqazinfo)

Tarix: 25-06-2022, 12:05 Oxunub: 43


Bölməyə aid digər xəbərlər