15 iyun – Milli Qurtuluş Günündə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.
Məlumat verilib ki, 2 mərtəbəli inzibati binalar ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikasiyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub. Hər iki binanın daxilində silah saxlama otağı, idman sağlamlıq zonası və yeməkxana var. Yeni tikililər ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-kommunikasiya xətləri ilə təmin edilib, digər yardımçı sahələr yaradılıb. Ərazilər hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Bölməyə aid digər xəbərlər