02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası istədi

Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası istədi

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

GununNebzi.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov çıxış edib.

Prokuror Vilyam Hacıyevin verilmiş ittihamlarla təsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 13 il azadlıqdan məhrum olunmasını istəyib.

Bundan başqa, sabiq icra başçının üzərinə həbs qoyulmuş 6 milyon 300 min manatlıq əmlakının da dövlət nəfinə müsadirə olunması istənilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Tarix: 1-07-2022, 13:57 Oxunub: 60


Bölməyə aid digər xəbərlər