16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
Qanunsuz ağackəsmə faktları ilə bağlı rəsmi AÇIQLAMA

Qanunsuz ağackəsmə faktları ilə bağlı rəsmi AÇIQLAMA

Baş Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında cinayət təqibindən kənar icraatlar idarəsində İmişli, Zaqatala və Yardımlı rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

Mənbə qeyd edir ki, aparılmış araşdırmalarla İmişli rayonunun Qaragüvəndikli və Bəcirəvan, Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndlərində və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində yerləşən 1 və 3 saylı meşəbəyliyində ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 40 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Tarix: 4-07-2022, 13:45 Oxunub: 115


Bölməyə aid digər xəbərlər