21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Təbiətə 40 min ziyan vuranlara cinayət işi açıldı

Təbiətə 40 min ziyan vuranlara cinayət işi açıldı

Zaqatala rayonu, Dardoqqaz kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş məlumat Zaqatala rayon prokurorluğunda araşdırma aparılıb.

GununNebzi.az
prokurorluğa istinadən xəbər verir ki, araşdırmalarla qeyd edilən kəndin ərazisindən keçən Tala çayının mühafizə zolağında ümumilikdə 40 ədəd müxtəlif cins və diametrli ağacın qanunsuz kəsilməsi müəyyən edilib. Nəticədə təbiətə 38 min 550 manat məbləğində maddi ziyan dəydiyindən fakta görə Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam edir.

Tarix: 9-07-2022, 11:10 Oxunub: 47


Bölməyə aid digər xəbərlər