02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Evində ucadan danışan şəxs həbs edildi

Evində ucadan danışan şəxs həbs edildi

43 yaşlı Mingəçevir sakini Fuad Əliyevin (şərti) öz mənzilində ucadan danışması ona baha başa gəlib.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumatına görə, bir neçə gün öncə o, Mingəçevir şəhərində yaşadığı ünvanda ucadan səs-küy salaraq danışıb. İttihama görə, həmin ərazidə xidmətdə olan polis əməkdaşları ona ictimai qaydanı pozduğunu deyərək xəbərdarlıq ediblər. F.Əliyev isə polisin tələblərinə əhəmiyyət verməyib. Bundan sonra o, polis tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib olunub.

F.Əliyev izahatında əsəbi olduğu üçün ucadan danışdığını bildirib.

Onun barəsində tərtib olunan protokola Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Hakimin qənaətinə görə, vətəndaş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində (polisin qanuni tələbinə qəsdən tabe olmama) nəzərdə tutulan xətanı törədib. Məhkəmə Fuad Əliyevə 8 gün müddətinə inzibati həbs cəzası verib.

Tarix: 12-07-2022, 16:05 Oxunub: 34


Bölməyə aid digər xəbərlər