23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İki hakimə töhmət verildi, beşi barəsində intizam icraatı başlanıldı

İki hakimə töhmət verildi, beşi barəsində intizam icraatı başlanıldıİki məhkəmə sədri barəsində intizam icraatı başlanıb.

GununNebzi.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasından verilən məlumata görə, xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, beş hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə iki məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

İclasda Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.


Tarix: 23-06-2020, 23:31 Oxunub: 104


Bölməyə aid digər xəbərlər