23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
“Ekspertiza rəyindəki cizgi filmləri və qadın görüntülərinin mənə aidiyyəti yoxdur” - İlkin
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.
GununNebzi.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Məhkəmədə Süleymanovun telefonundakı görüntülər, onun nələrə baxması haqda ekspertiza rəyi elan olunub. Orada göstərilib ki, Süleymanov cizgi filmlərinə, müxtəlif qadınların fotolarına, şirniyyatlarla bağlı videolara və s. baxıb. Diqqətçəkən məqam isə 8 yanvarda çılpaq qadın və transseksuallara baxması haqda rəydə yazılanlardır. Rəyə əsasən, yanvarın 8-də saat 11:50 radələrində həmin görüntülərə baxılıb.
“Bu adam saat 10:00-dan 14:00-a qədər müstəntiqə ifadə veribsə, həmin görüntülərə necə baxıb? Ya belə çıxır ki, müstəntiq onu dindirəndə birlikdə baxıblar, ya da İlkindən gizli şəkildə polislər özləri girib o görüntülərə baxıblar. Bunun başqa yolu yoxdur. Bu nə oyundur?!”, – vəkillər belə deyir.
Müdafiə tərəfi hesab edir ki, Süleymanovun telefonundan məqsədli şəkildə cizgi filmlərinə, çılpaq qadın görüntülərinə baxılıb. Məqsəd isə gələcəkdə bundan sübut kimi istifadə edib, onun şəxsiyyəti ilə bağlı yanlış rəy yaratmaq olub. Vəkillərin fikrincə, o telefondan cizgi filmlərinə baxmaqda məqsəd isə Nərmini saxladığı müddətdə ona cizgi filmləri göstərməsi arqumenti formalaşdırmaq olub.
“Əsas məsələlərdən biri də budur ki, heç telefonun götürülməsi haqda protokol da yoxdur. Telefon şəxsi əşyadır. Ona baxış şəxsi həyata müdaxilədir və bunun üçün mütləq məhkəmə qərarı olmalıdır. Yoxdur belə bir qərar da, protokol da...”, – vəkil Əlibaba Rzayev bildirib.
Süleymanov deyib ki, yanvarın 6-da saat 20:00 radələrində hadisə yerinə gələn polislər yanğını ilk görən və hadisəni telefonla videoya çəkən şəxs kimi onu götürüb Tovuz rayon Polis Şöbəsinə aparıblar. Həmin vaxt da telefonunu alıblar. Bir daha nə telefonu qaytarılıb, nə də özü buraxılıb
“Ekspertiza rəyindəki cizgi filmləri, uşağa aid materiallar, qadın görüntülərinin mənə aidiyyəti yoxdur. Mən onlara baxmamışam. Aşıq Telliyə baxmışam, arxitektura ilə bağlı videoya baxmışam. Yanvarın 6-da saat 19:38-də sonuncu dəfə əmim oğlu Murada zəng eləmişəm. Ondan sonra mənim telefonuma gələn və gedən zənglərin mənə aidiyyəti olmayıb”, – bunu isə Süleymanov özü deyib.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər

Tarix: 7-09-2022, 22:44 Oxunub: 40
Bölməyə aid digər xəbərlər
17-06-2022, 08:53
Nərminin nənəsi ZİDDİYƏTLİ ifadə verdi: İlkin Süleymanovun məhkəməsi təxirə SALINDI
31-08-2022, 20:26
Vəkil: “İlkin Süleymanov qətldən xəbərsiz olduğu üçün ilk ifadəsində yalan danışıb”
18-05-2021, 11:14
10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəmədən görüntüsü yayıldı - FOTO
14-06-2022, 20:52
İlkin Süleymanovun məhkəməsində Nərminin gündəliyi oxunub
1-06-2021, 15:51
İlkin Süleymanovun məhkəməsində Nərminin atası ifadə verib