21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Əflatun Amaşovdan Əvəz Zeynallının həbsinə - Reaksiya

Əflatun Amaşovdan Əvəz Zeynallının həbsinə - Reaksiya

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Əvəz Zeynallının həbsinə münasibət bildirib.

GununNebzi.az
xəbər verir ki, Amaşov Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən uzaq olduqlarını qeyd edib.

O qeyd edib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür: “Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir.

Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun.

Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq”.

O vurğulayıb ki, Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayır: “Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın”

Tarix: 12-09-2022, 16:47 Oxunub: 21


Bölməyə aid digər xəbərlər