21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Əvəz Zeynallı barədə qərar dəyişmədi - Yenilənib

Əvəz Zeynallı barədə qərar dəyişmədi - Yenilənib

Xural TV-nin rəhbəri Əvəz Zeynallının bu gün məhkəməsi olacaq.

GununNebzi.az
xəbər verir ki, proses saat 11:00-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək. Vəkili Aqil Layıc hazırda məhkəməyə yollandıqlarını bildirib.

Rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Əvəz Zeynallının apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda onun ev dustaqlığına buraxılması ilə bağlı şikayəti təmin olunmayıb. Ə.Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 4 aylıq həbs qətimkan qərarı qüvvədə saxlanılıb.

(Qafqazinfo)

Tarix: 13-09-2022, 12:30 Oxunub: 31


Bölməyə aid digər xəbərlər